“Ekoloji porblemlərin həllində gənclərinin iştirakçılığının artırılması” adlı layihə başa çatıb
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fəal gənc Qayıb Almazovun Ağsu rayonunda həyata keçirdiyi “Ekoloji porblemlərin həllində gənclərinin iştirakçılığının artırılması” adlı layihə başa çatıb. Layihənin məqsədi gənclər arasında ekologiyanın qorunması istiqamətində təbliğat işinin qurulması və ekoloji problemlərə qarşı maarifləndirmə işinin aparılması olub.Təlimlər zamanı mövzü ilə bağlı gənclərə maarifləndirici bukletler paylanılıb.Təlimlər vasitəsi ilə maarifləndirmə işlərinin geniş miqyasda aparılması gənclərin gələcəkdə ekoloji problemlərə qarşı marağın artmasına və digər gənclərində faydalanmaq şansının artmasına səbəb olacaqdır. Əsas diqqət gənclərə ekologiya haqqında düzgün informasıyanın verilməsinə nail olmaq və dolğun informasiya bazası yaratmaqdır. Təlimlərdə ümumilikdə 40 nəfərdən çox gənc bir başa bəhrələnə bilib. Layihə rəhbəri qeyd edib ki, Azərbaycanda da ekoloji vəziyyətin dövlət səviyyəsində qorunması istiqamətində geniş layihələr həyata keçirilir. Dövlətimizin başçısının müvafiq sərəncamlarına əsasən, son illər ümumi sahəsi ölkə ərazisinin 3.1 faizinə bərabər olan mili parklar yaradılıb, qoruqların ərazisi genişləndirilib və regionlarda müasir sutəmizləyici qurğuların tikintisi davam etdirilir.