Mərdiyeva Nurbəniz Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 01 noyabr 2015 – 01 fevral 2016-cı il tarixlərində həyata keçirdiyi “Ənənədən gələcəyə” adlı layihənin icrasını başa çatdırmışdır.
Layihənin məqsədi-xalqımıza məxsus mədəniyyət nümunələrini müasir geyimlərlə sintez etməklə zamanımızda gənclərimiz arasında xalça naxışların, qədim sənət növü olan tikmə, toxumanın təbliğ etməsi və bu vasitə ilə, gənclərimizə milli irsimizi sevdirmək, bu sənət növlərinin dəyərini göstərmək və gələcək nəsillərə ötürməkdən ibarət idi.
Layihə çərçivəsində 10-dan artıq milli naxışlı müasir geyimlər hazırlanmışdır. Həmin naxışlar qədim xalçalarımızdan götürülmüşdür, çünki, milli naxışlarımızın bir çoxu xalqın inanclarını, məişətini, təbiət və kainatdakı çeşidli varlıqlarını simvolizə edir, digər tərəfdən – mücərrəd həndəsi formaların çoxvariantlı konfiqurasiyalarını və rəng ahəngdarlığını özündə əks etdirir. Bu rəngarənglik xalqın şən əhval-ruhiyyəli olmasını istiqanlılığını, qonaqpərvərliyini, humanistliyini və s. göstərir.
Yuxarıda qeyd etdiyilərimizi nəzərə alaraq, hazırlanmış müasir geyimlərdə insan, dəvə fiquru, buta- balalı, küsülü buta və həndəsi formalardan istifadə olunmuşdur.
Geyimlər hazır olduqdan sonra dəvət olunmuş modellərin, gənc modelyerlər, QHT nümayəndələri, ictimaiyyət və bu sahə ilə maraqlanan gənclərin iştirakı ilə sərgi keçirilmişdir. Tədbirdə layihə rəhbəri Nurbəniz Mərdiyeva öz çıxış nitqində layihənin məqsədi, gedişatı və görülən işlər haqqında söz açmış, gənclərimizi müasir geyimlərdə milli naxışlarımıza üstünlük verməsinə, bununla da milli irsimizi qoruyub, təbliğ etmələrinə çağırmış və bu layihənin həyata keçirilməsində dəstək olan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna təşəkkürünü bildirmişdir.
Geyimlərin sərgisi iki gün davam etmişdir.