23 yanvar 2016-cı il tarixində Sumqayıt şəhəri, Reduco Tədris Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Nabat Atayeva tərəfindən icra olunan “Gənclərin ideya məktəbi” layihəsi çərçivəsində fəlsəfə elmləri doktoru Müşfiq Şükürovun təqdimatında “İdeyalar cəmiyyətin və fərdin həyatında” mövzusunda 2-ci təlim təşkil edilmişdir. İlk öncə çıxış edən layihə rəhbəri Nabat Atayeva layihə və onun məqsədi, qarşıya qoyulmuş vəzifələr, Gənclər Fondu haqqında geniş məlumat vermiş, iştirakçılara uğurlar arzulamışdır.
Online seçim əsasında “məktəb”ə qəbul edilmiş gənclər mövzu ilə bağlı maraqlı müzakirələrdə iştirak ediblər. İnteraktiv metodlarla keçirilən təlimdə iştirakçılar yeni ideyalar, idarəetmə, uğur formulu və digər mövzularla bağlı suallara cavab tapıblar. Nəzəri hissədən sonra qruplar praktiki işlərini hazırlayaraq auditoriya önündə təqdim ediblər. Layihənin əsas məqsədi “Gənclərin ideya məktəbi” vasitəsilə ölkəmizin ümumi inkişafında gənclərin rolunun daha da artırılmasına dəstək göstərməkdən ibarətdir.