“Sağlam gələcək sağlam gəncliklə qurulur” fərdi layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilməyə başlayıb. Fərdi layihənin müəllifi Günay İbrahimovadır. Layihənin məqsədi seçilmiş məktəblərdəki yuxarı sinif şagirdləri, həmçinin, o ərazidə yaşayan və məktəbi bitirmiş yeniyetmə və gənclər üçün zərərli vərdişlər və narkomaniyaya qarşı mübarizə ilə bağlı təlimlərin keçirilməsi, “Sağlam gələcək sağlam gəncliklə qurulur” devizi altında məlumatlandırma aksiyası vasitəsi ilə hədəf qrupu arasında zərərli vərdişlərin qarşısının alınmasına nail olmaqdır.
Sözügedən layihə 3 ay müddətində müxtəlif təhsil müəssisələrindəki şagirdlər arasında yerinə yetirilir. Qeyd edilməlidir ki, Abşeron rayonu Xırdalan şəhərində həyata keçirilən layihə çərçivəsində təlim qruplarının formalaşdırılması üçün müxtəlif təhsil müəssisələrində seçim prosesi aparıldı. Seçim prosesində təhsil müəssisələrinin müvafiq pedoqoji heyəti, eləcə də maraqlı tərəflər cəlb edildi, yeniyetmə və gənclər arasında görüşlər və ilkin müsahibələr təşkil olundu. Sonra zərərli vərdilərllə mübarizə ilə əlaqədar tədbirlər üçün seçilmiş qruplarla təlimlərin keçirilməyə başlandı. Seçimlərdən keçmiş yeniyetmə və gənclər arasında 2 təlim qrupu (hər biri 30 nəfərdən az olmamaq şərti ilə) formalaşdırıldı. Onlar arasında interraktiv metodlardan istifadə edilməklə “Narkotik maddələrin ziyanı barədə məlumat (həmçinin, fiziki təsirlər, beyin və mərkəzi sinir sistemində, həzm sistemində, qaraciyərdə, böyrəklərdə, gözlərdə, tənəffüs sistemində, qanda)”, “Narkomaniyanın fəsadları”, “Siqaret çəkməyin ziyanı haqqında informasiya (Siqaretin bədəndə xərçəng xəstəliyinin 20 növünün yaranmasına səbəb olması, nikotinin eləcə də, infrakt yaradan əsas amillərdən biri olması)”, “Alkoqolizm – spirtli içkilərin sui-istifadəsi nəticəsində yaranmış və xroniki intoksikasiya doğuran, spirtli içkilərdən psixi və (və ya) fiziki asılılıqla, habelə digər mənfi tibbi-sosial nəticələrlə ifadə olunan xəstəlik vəziyyəti”. “Ümumidünya Səhiyyə Təşklilatı alkoqol asılılığı diaqnozunun təyin olunmasının müəlyyənləşdirdiyi 6 meyar haqqında məlumat” mövzularında təlimlər keçirilir.
Daha sonra təlimlərdə bilik əldə etmiş yeniyetmə və gənclər yaşadıqları ərazilərdə “Sağlam gələcək sağlam gəncliklə qurulur” aksiyasının keçirilməsi və həmin təbdirdə layihəyə cəlb edilmiş yeniyetmə və gənclərdən ibarət qrupun hazırladığı bukletlərin icitmaiyyət, xüsusi ilə yeniyetmə və gənclər arasında paylanması nəzərdə tutulub.
Layihə bu ilin fevral ayında başa çatacaq.