Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyilə “Şah və Mat” layihəsi çərçivəsində yeniyetmə və gənclər arasında keçirilən şahmat çempionatına yekun vuruldu. 17 yanvar 2016-cı il tarixində Sumqayıt Gənclər Evində keçirilən çempionatda çıxış edən layihə rəhbəri Anar Qasımov ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, yeniyetmə və gənclərə göstərilən diqqət və qayğıdan, şahmat oyunun fərqli düşünmənin, uzaq-görənliyin, təhlil etmə qabiliyyətinin və kreativliyin inkaşıfına müsbət təsirindən danışmış, iştirakçılara uğurlar arzulamışdır.
Daha sonra 3 saylı Uşaq-Gənclər İdman Şahmat-Dama Məktəbinin məşqçi-müəllimi Elçin Hüseynzadənin idarəçiliyi ilə “İsveçrə” sistemində 32 nəfər iştirakçı arasında keçirilən mübarizədə I-yerə Əliyev Nihad, II-yerə Abbasov Murad, III-yerə isə Məmmədov Tamerlan layiq görülmüşdür. Qaliblərə sertifikat və hədiyyələr təqdim olunmuşdur.