Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin və Level Up təhsil İnkişaf Mərkəzinin təşkilatçılığı ilə VII qrant müsabiqənin qalibi olmuş “Təhsildə – Beynəlxalq Əlaqələr” adlı layihənin açılış mərasimi keçirilib. Tədbiri açan layihə rəhbəti Elmar Məmmədov “Təhsildə – Beynəlxalq Əlaqələr” layihəsinin təhsildə son yeniliklərə və elmi nailiyyətlərin gənclər arasından təbliğindən, günümüzün aktual sahəsi olduğunu vurğulayıb, bu baxımdan layihənin önəmini qeyd edib.
Sonra “Level Up” təhsil və inkişaf mərkəsinin direktoru, xaricdə təhsil və karyera planlaması üzrə mütəxəssis İsgəndər Ağayev layihə haqqında ətraflı məlumat verib və Azərbaycanın inkişaf konsepsiyasında insan kapitalının inkişafına yönəlmiş proqramlardan biri də ölkədə təhsil islahatlarını davam etdirməyi və müasir təhsil sisteminin formalaşdırılmasını qeyd edib. Layihə birbaşa olaraq bu proqramın əsas müddəalarından biri olan Azərbaycan təhsilinin dünya və Avropa təhsil məkanına inteqrasiyasın yönəldiləcəkdir.
Daha sonra YAP Gənclər Birliyinin sədr müavini, ofis rəhbəri Əli Pənahov layihə haqqında fikirlərini bölüşüb. O, layihənin əsas məqsədinin təhsildə son yeniliklər və elmi nailiyyətləri gənclər arasında təbliğ etmək, gənclərin müasir təhsil sistemindəki yenilikləri Azərbaycan təhsil sistemində tətbiqi ilə bağlı məsələləri üzə çıxarmaqdan ibarət olduğunu qeyd edib.