Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilən “Dövlət atributlarını tanıyaq və tanıdaq!” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir.
Layihə rəhbəri Sara Fərzəliyeva tədbiri giriş sözü ilə açaraq layihənin məqsədi, donoru haqqında məlumat vermişdir. S.Fərzəliyeva icra etdiyi layihənin əhəmiyyəti vurğulayaraq prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətindən danışmışdır.
Sonra təlimçi Anar Həsənli dövlət atributlarımız və onların yaranma tarixi haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir. Himnimiz sözləri və musiqisi, bayrağımızın rəngləri və mənası, həmçinin gerbimizin simvolları və onların mənaları haqqında ətraflı məlumat verən təlimçi şagirdləri dövlət atributlarımıza qarşı diqqətli və hörmətlə yanaşmağa səsləmiş, atributlarımızın haradasa səhv tutulduğunu gördükdə buna etirazlarını bildirərək yanlışlığın aradan qaldırılmasında iştirak etməyi tövsiyyə etmişdir.
Təlimçi tədbir iştirakçılarına onunla birlikdə Dövlət Himnimizi onunla birlikdə oxumağı təklif etmişdir və iştirakçılar tərəfindən himnimiz oxunmuşdur.
Sonda tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanmış maarifləndirici bukletlər və dəftərxana ləvazimatları paylanılmışdır.