Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Addım” GİM ictimai birliyi tərəfindən bütün həyatını Azərbaycana qarşı aqressiya həyata keçirən ermənilərə dəstyəyə həsr edən Britaniya lordlar palatasının üzvü barədə “İblisin vəkili – Baronessa Kerolayn Koks” adlı sənədli film hazırlanmışdır.
Filmdə onun heç də təsadüfü olmayaraq Cənubi Qafqaza gəlməyi və dərhal da Xocalı hadisəsindən sonra xaricdə Antiazərbaycan təbliğatı aparması faktlarla təsvir edilir. Məhz o erməni terrorçusu Mento Melkonyanın məzlum obrazını yaradaraq erməniləri dinc Azərbaycan sakinlərinə qarşı ağır cinəyətlər törətməyə təşviq etmişdir. Xocalı qırğınından sağ qalanlar filmdə satqın baronessanı ədalətli olmağa səsləyirlər.
Filmdə Amerika-Azərbaycan Əməkdaşlıq Fondunun baş eksperti Aleksey Siniçinin materiallarından həmçinin Youtube portalında yerləşən Qarabağ münaqişəsi ilə bağlı videokadrlardan, müharibə barədə müxtəlif müəlliflərin fotolarından və digər materiallardan istifadə edilmişdir.
Filmin hazırlanmasında əsas məqsəd dünya ictimaiyyətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırmaqdır. Filmin rejisoru Elşən Rüstəmov, prodüseri Kamil Həmidov, montaj edəni isə Sənan Səfərovdur.
“Addım” GİM ictimai birliyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna və filmin çəkilişlərində iştirak edənlərə təşəkkür edir.
Azərbaycan dilində
https://www.youtube.com/watch?v=49TD-9iEcOM
Rus dilində
https://www.youtube.com/watch?v=j0V0hrVGPnI