24 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Nərimanov rayonu Məktəb-Lisey kompleksi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatı dəstəyi ilə Nurxan Babayevin “İstedadların İnklüziyası” adlı layihəsi baş tutmuşdur.
Layihənin keçirilməsində əsas məqsəd ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin istedadlarının sərgilənməsi, nümayiş olunması, həmçinin inklüziv təhsilə cəlb olunmuş şagirdlərin, bu sərgidə iştirak etməklə onların cəmiyyətimizə inteqrasiyasının təmin olunması. Layihədə Milli Məclisin deputatları, Gənclər və İdman Nazirliyinin, Bakı şəhəri Təhsil İdarəsinin, Nərimanov rayonu İcra Hakimiyyətinin, və Gənclər və İdman idarıəsinin rəsmiləri iştirak etmişlər.
Layihə çərçivəsində şagirdlərin bir çox fənlər üzrə bilik və bacarıqlarını,praktiki təcrübələrini nümayiş etdirmişdirlər.