25 dekabr 2015-ci il tarixində Gənclər və İdman Nazirliyinin dəstəyi, Gənc Mühasiblər Birliyi, Gənclər üçün Təhsil Mərkəzi birgə təşkilatçılığı ilə “Gənc Sahibkarların Quba Forumu” keçirilib. Forumun əsas məqsədi İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına zəmin yaratmaq üçün dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamlar və təsdiq etdiyi inkişaf proqramların təbliği və kiçik və orta sahibkarlığın dəstəklənməsi qiymətləndirilməsi, bu istiqamətdə görülməli işlərin müzakirəsi və perspektivlərin müəyyənləşdirilməsidir.
İki hissədən ibarət Forumun açılış hissəsində Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə, Gənc Mühasiblər Birliyinin sədri Solmaz Əliyeva Forumun əsas prioritet istiqamətləri olan sahibkarlığın inkişafında dövlət dəstəyi və təşəbbüslər mövzularında məruzələr etdilər.
Forumun ikinci hissəsində dövlət rəsmiləri Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Millət vəkili Vahid Əhmədov, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun direktor müavini Azər Bayramov çıxış edərək Forumun işinə uğurlar arzu etdilər.
Daha sonra forum “Sahibkarlıq fəaliyyətində məqsədlər: Bazar çevrəsi və istehlakçı davranışları“, “Müasir sahibkarlıq fealiyyətində strateji idarəetmə ,problemlər və həlli yolları” mövzularında panel müzakirələr ilə davam edir.
Sonda sahibkarların üzləşdiyi problemlər ilə bağlı təkliflər paketi müvafiq icra qurumlarına təqdim ediləcəkdir.