Dekabrın 17-si Rəşid Behbudov adına dövlət mahnı teatrında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və XXI-ci əsrin Gəncləri İctimai Birliyinin təşkilatçılığı ilə “Xüsusi qayğıya ehtiyacı olan gənclər” adlı layihə keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası 11 saylı İnteqqrasiya təlim məktəbinin 100 şagirdi iştirak etmişdir. Onlar populyar müğənnilər ilə birlikdə səhnəyə çıxaraq öz bacarıqlarını göstərdilər.
Konsertin sonunda uşaqlar səhnəyə çıxdı və onlarla xatirə şəkili çəkildi.