Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İtifaqınının və Qarabağ Mərkəzininin təşkilatı dəstəyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Qarabağ Mətbəxi” adlı layihə keçirilmişdir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yeməkxanasında, xanəndə Cabbar Qaryağdıoğlunun müğam ifasının sədaları altında tələbələrin hazırladığı Qarabağ yeməkləri təqdim olunub. Yarışmada müxtəlif çeşidli plovlar, dolmalar, qovurma, dovğa, basdırma və sair yeməklər süfrəyə düzülüb. Münsiflər hər bir yarışmaçının hazırladığı yeməklərdən dadaraq öz qiymətlərini veriblər. Layihə rəhbəri İsmayılova Zabitəxanım və layhənin baş koordinatoru Kamran Sabirli belə bir layihənin həyata keçirilməsinin məqsədi barədə iştirkçılara məlumat verərək, sözü yarışı izləyən Tərbiyə işləri üzrə prorektor Zəfər Qurbanova veib. Z.Qurbanov belə layihələrin əhəmiyyətli olduğunu vurğulayaraq, bunun gənclərin mənəvi keyfiyyətlərinin inkişafında mühüm rola malik olduğunu qeyd edib. Prorektor gələcəkdə də belə layihələrin daha da inkişaf etdirilməsinə yüksək dəstək veriləcəyini bildirib.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya Texnologiyaları fakültəsinin (KTF) II kurs tələbəsi Zabitəxanım İsmayılova Prezident Yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsinin qalibi olub və “Qarabağ mətbəxi” mövzusunda təqdim etdiyi layihəni qazanıb. Layihənin məqsədi Azərbaycanın mətbəx mədəniyyətini saxtalaşdıraraq öz adlarına çıxan bədnam qonşuların məkrli niyyətlərini ifşa etmək, qida mədəniyyətimizin təbliği və Qarabağ yeməklərinin başqa adlarda dünyaya təqdim olunmasının qarşısını almaqdan ibarətdir. Layihə üç mərhələdən ibarət olmuşdur.