Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 19 dekabr 2015-ci il tarixində Cəlilabad rayonunda Elşən Ağayev tərəfindən yeniyetmələr araısnda“Canlı kitab” adlı sərgi həyata keçirilmişdir. “Canlı kitab” sərgisi Cəlilabad şəhərində Heydər Əliyev adına Yaradıcılıq mərkəzində həyata keçirilmişdir. Tədbirdə orta yeniyetmə şagirdlər, gənclər iştrak etmişdir.
Bundan başqa tədbirdə Cəlilabad rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Aydın Mustafayev, Cəlilabad rayon MKS-nin müdiri, Cahangir Muradov, orta məktəb müəllimləri, mədəniyyət işçiləri, mərkəzi kitabxananın nümayəndələri iştirak etmişlər. Qonaqlar mütaliə haqqında çıxış etmiş, bəşəriyyətin inkişafında kitabın əhəmiyyətindən danışmışlar.
Sonda iştirakçılara Azərbaycan ədəbəyyatına və dünya ədəbiyyatına aid müxtəlif kitablar hədiyyə edilmişdir.