“Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə Bakı şəhərində Xüsusi qayğıya ehtiyacı olan gənclərin yaradıcılıq qabiliyyətinin və təhsil imkanlarının artırılması məqsədi ilə “Mən bacaracağam” layihəsini həyata keçirib. Layihənin icrası 3 ay davam etmişdir.
“Mən bacaracağam” layihəsi çərçivəsində xüsusi qayğıya ehtiyacı olan gənclərdən ibarət bir qrupunun (25 nəfər) layihənin icrasına cəlb olunmaları üçün gənclər arasında anket-sorğu keçirilmiş, fokus qrupu müəyyən olunmuşdur, layihə iştirakçılarla həftədə 2 dəfə olmaqla məşğələlərin, situativ-rollu oyunların, hərəkət fəaliyyətinin stimullaşdırılması məqsədi ilə idman oyunları, bilik viktorinaları və gəzintiləri təşkil edilmişdir. Xüsusi qayğıya ehtiyacı olan gənclərin yaradıcılıq fəaliyyətinin nəticəsi və göstəricisi olaraq hazirlahmış əl işləri və digər nümunələrdən ibarət baxış-sərgi təşkil olunmuşdur.