28 noyabr 2015-ci il tarixində saat 11:00 – da Bakı şəhərinin Royal Otelində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər Azad Sahibkarlıq” İctimai Birliyinin “Əsrlərdən gələn sənətimiz” layihəsi çərçivəsində sərgi keçirildi.
Layihənin əsas məqsədi – itirilməkdə olan sənətlərin dirçəldilməsinə, yerli sənətkarlıq bazarının inkişaf etdirilməsinə, regionlarda yaşayan gənclərə dəstək olmaq və ümumilikdə regionlarda işsizliyin azalmasına və məşğulluğun artırılmasına dəstək olmaqdir.
Təəsüflə qeyd etmək lazımdır ki, bədii sənətkarlıq növü ilə məşğul olan ustalarımız barmaqla sayılır. Sənətkarlar əsrlər boyu qoruyub saxladıqları, bu günədək atadan oğula keçirdərək bizim günümüzədək gətirib çıxarda bildikləri sənət növlərinə qarşı ictimaiyyətin və gənc nəsillərin marağı yox dərəcəsindədir. Bu layihə vasitəsi ilə ictimaiyyətin və gənclərin diqqətini itirilmək üzrə olan bədii sənətkarlığa, bədii sənət nümunələrinə cəlb etməkdir.
Artıq bu günədək Gəncə, Şəki, İsmayıllı və Qəbələ regionlarında sənətkar ustalar və gənclər ilə görüşlər aparılmışdır. Ustalar ilə aparılan danışıqlardan bu sahələrin inkişafını ləngidən maneələri öyrənilmişdir. Araşdırmaların son nəticəsi olaraq, təklif etdik ki, qısa müddət ərzində sənətkarların hazırladığı məhsulları ictimaiiyətə təqdim edilmişdir. Bu sərgi vasitəsi ilə icimaiyyətin diqqətini milliliyin qorunmasına və yerli bazarda yerlı məhsulların təbliğatını aparmağa çalışdıq.
Sərgdə giriş sözü ilə açan layihə rəhbəri Nəcimə Əliyeva bildirdi ki, bu layihə gənclərimizə qədim sənət növlərini aşılamaqda köməkçi olacaq. Nənə və babalarımızdan qalan mədəni irsin, sənət nümunələrinin qorunması və yeni nümunələrin yaradılması üçün layihə xüsusi əhəmiyyət kəsb edəcək. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əməkdaşı Şəfəq xanım Bayramova öz cıxışında qeyd etdi ki, şox maraqlı və uğurlu layihədi.
Layihədə 12 bədii sənətkar və 100-dən artıq gənc iştrak etmişdir.
Layihənin gələcək prespektivi kimi gələckdə digər regionların sənətkarlarını v
ə gənclərini bu işə cəlb etmək və bunun vasitəsilə kiçik və orta sahibkarlığı inkişaf etdirməkdir.