“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Mənim seçimim – mənim gələcəyim!” layihəsi uğurla sona çatdı. Layihənin əsas məqsədi Azərbaycanda keçiriləcək növbəti parlament seçkiləri ilə bağlı gəncləri seçki hüququ barədə maarifləndirmək, onların seçki prosesində rollarını gücləndirməkdir.
Layihə qarşıdan gələn 1 noyabr – 2015 parlamentə keçirilmiş seçkilərdə gənclər arasında iştirakı artırmaq üçün seçkidə fəal seçici kimi olmaq proseslərini təkmilləşdirmə məqsədini daşıyırdı. Ümumilikdə 3 ay müddətində həyata keçirilən layihədə Xəzər rayonunda yaşayan 150 nəfər gənc maarifləndirilmişdir. Bu fəaliyyətlər Xəzər rayonunda dairə seçki komissiyası və yerli icra hakimiyyətləri qurumları ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilmişdir.
Layihə haqqında Azərbaycan Dövlət radiosunda layihə rəhbəri Tünzalə Cavadova tərəfindən geniş məlumat verilmişdir, Gənclər Fondunun daim aktual layihələrə dəstək verdiyini və bu layihənin vacibliyi diqqətə çatdırılmışdır.
Təlimlərin mövzusu gənclərin səsvermə prosesində necə iştirak etməsi, Milli Məclisin üzvlüyünə namizədliyi qeydə alınmış namizədin vəkil edilmiş şəxsləri; namizədin seçkiqabağı təşviqatı üçün materialların, plakatların və digər təşviqat materiallarınını hazırlanması, imicin formalaşması; seçkilər zamanı səsvermə otağı, seçkilərinin keçirilməsi üçün seçki bülletenləri, seçkilər zamanı səsvermə, seçki məntəqəsində səslərin hesablanması, dairə seçki komissiyasında səslərin hesablanması, seçkilərinin yekinlarının yoxlanılması və təsdiqi, seçkilərinin etibarsız sayılması, seçkilərinin yekunlarını elan edilməsi və s. məsələlər olub.
Layihə çərçivəsində yerli dövlət, dairə seçki komissiyası, eləcə də vətəndaş cəmiyyəti ilə tərəfdaşlıq məqsədli müxtəlif görüşlər keçirilmişdir.
“Mənim seçimim – mənim gələcəyim!” layihə çərçivəsində gənclər səsvermə prosesi ilə bütün məlumatları toplamış və Xəzər rayonunun müxtəlif seçki dairələrində olmuşlar.