“Azərbaycan – Avropa Gənclərinin Əməkdaşlığı” İB Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Şəki və Qəbələ şəhərlərində “Gənclərin regional biznes məktəbi” adlı layihənin icrasını başa çatdırmışdır. Layihənin əsas məqsədi gənclərin sahibkarlıq fəaliyyətinə cəlb etmək, onların biznes layihələrinin yazılması üzrə biliklərinin artırmaq, kiçik və orta sahibkarlığın inkişafı üçün yaradılmış müvafiq şərait ilə bağlı onları məlumatlandırmaq idi.
Layihə çərçivəsində Şəki və Gəncə şəhərində gənclərlə görüşlər keçirilmişdir. Hər şəhər üzrə 2 görüş, ümumilikdə 4 görüş keçirilmişdir. Biznes sahəsi üzrə müvafiq ekspertlər gənclərə bu sahə üzrə bilgiləri ilə bölüşmüşlər. Gənclərə biznesin qurulması, müvafiq biznes strukturlarının yaradılmasının qanuni tərəfləri izah edilmişdir. Gənclərə həmçinin beynəlxalq transkorporasiyalarla bağlı müvafiq biliklər verilmişdir. İntraktiv formatda təşkil olunmuş görüşlərdə gənclərin bütün sualları cavablandırılmışdır.
Sonda layihədə iştirak etmiş bütün gənclərə müvafiq sertifikatlar təqdim edilmişdir.