Ağdam şəhər 18 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən icra edilən “İntellektual oyunlar vasitəsilə vətənpərvərliyin təbliği” layihəsi çərçivəsində rayon seçim turu təşkil edilmişdir. Gənclər tərəfindən maraqla qarşılanan tədbiri giriş sözü ilə açan layihə rəhbəri, “İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov gəncləri salamlamış, donor təşkilat, ölkədə uğurla həyata keçirilən gənclər siyasəti, layihənin məqsəd və vəzifələri haqqında ətraflı məlumat vermişdir. Ağdam rayon Gənclər və İdman İdarəsinin rəisi Elnur Əhmədov və Təhsil Şöbəsinin məsul nümayəndəsi Xalıqverdi Cəfərov da öz çıxışlarında layihənin gənclər arasında vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi və onların asudə vaxtlarının səmərəli təşkil edilməsi baxımından böyük önəmə malik olduğunu qeyd etmişdir.
Tədbir 8 komandanın iştirakı ilə milli mövzularda olan suallardan ibarət “Nə? Harada? Nə zaman?” formatında intellectual turnirlə davam etmişdir.Təşkilatın icraçı direktoru Mürsəl Behbudlunun aparıcılığı, koordinator İmran Yaqubzadə və təşkilatçı Elxan Gəraylının rəhbərliyi ilə gərgin mübarizə şəraitində baş tutan turnirdə “Qarabağ” və “Zirvə” komandaları 8 rayon arasında Beyləqan rayonunda keçiriləcək final mərhələsinə vəsiqə qazanmışlar.
Layihənin əsas məqsədi region gəncləri arasında intellectual oyunların populyarlaşdırılması yolu ilə vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə dəstək olmaqdan ibarətdir.