Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsində qalib olan “Kitab Oxuma Dayanacağı” layihəsinin icrasına da məhz gənclərin kitab oxumağa marağının artırılması məqsədilə start verilmişdir. Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyilə 12 dekabr 2015-ci il tarixində baş tutan təqdimatda ilk öncə Azərbaycan xalqının Ümummili lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən layihə rəhbəri İman Ağayev Ulu Öndərin dövlət gənclər siyasətinin formalaşmasında olan xidmətlərindən, gənclərə göstərdiyi diqqət və qayğıdan və bu siyasətin Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilməsindən danışıb.
Layihə rəhbəri bildirdiki bu gün kitaba etinatsızlığın aradan qaldırılması istiqamətində dövlətimiz tərəfindən mühüm işlər görülür, xarici dildə olan ədəbiyyatlar dilimizə tərcümə edilir, Gənclər Fondu qrant müsabiqələrdə bu mövzuya xüsusi yer ayırır, layihələr reallaşdırılır. Buna baxmayaraq gənclərimizdə kitaba olan maraq nəzərəçarpacaq dərəcədə deyildir. Adətən gənclərimiz kitab oxumamağı yetərincə zamanlarının, oxunacaq yeni kitabların, kitabxanalara getmək üçün vaxtlarının olmaması, kitab almaq üçün maddiyətin yoxluğu kimi amillərlə əlaqədəndirilər.
Təqdimatda çıxış edən layihə təlimçisi L.Ağayeva qeyd etdiki, layihə çərçivəsində növbəti təşfiqat xarakterli görüşdə eyni zamanda kitab sərgisi də təşkil olunacaq ki, gənclər oxuyub bitirdikləri kitabları sərgiyə təqdim edəcəklər. Görüşlərdə aktiv olan bir qrup gənc ilə birgə dayanacaqlarda kiçik rəflər quraşdırılaraq içərisinə kitablar yerləşdiriləcək. Rəflərin üzərində isə kitab oxumağa təşfiqedici sloqanlar əks olunacaq.
Sonda iştirakçılara kitab oxumağın faydalarını özündə əks etdirən video çarğ nümayiş etdirilmiş, sertifikatlar təqdim edilmişdir.