Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Sara Fərzəliyeva tərəfindən həyata keçirilən “Dövlət atributlarını tanıyaq və tanıdaq!” adlı layihənin icrasına start verilmişdir.
Layihə Sumqayıt şəhərində noyabr ayının 1-dən fevral ayının 1-nə qədər davam edəcəkdir.
Layihənin əsas məqsədi məktəbli yeniyetmə və gənclərə Azərbaycan Respublikasının Dövlət rəmzlərini təbliğ etməklə yeniyetmələr arasında vətənpərvərlik ruhunun inkişafına nail olmaqdır. Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin gənc nəsil arasında geniş təbliğ olunması, eləcə də gənc nəslin Azərbaycan bayrağına, gerbinə, himninə hörmət ruhunda tərbiyə edilməsi, gənc çağrışçıların hərbi xidmətə hazırlanmasından ibarətdir.
Qeyd edək ki, layihə çərçivəsində maarifləndirici xarakter daşıyan bukletlər və cib təqvimləri hazırlanacaq və məktəbli yeniyetmə və gənclərə arasında paylanacaqdır.