Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Abbasov Əkbər tərəfindən “Cavan ruh üçün cavan ağac!” layihəsi icra olunur.
Layihənin başlıca məqsədi regionumuzda yaşayan, əsasən 14-28 yaşlar arasında olan gənclərdə ekoloji mədəniyyətin formalaşdırılmasına çalışmaqla, zəngin flora və faunaya malik olan məmləkətimizdə ekoloji durumun yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir
Layihə çərçivəsində Ağcabədi rayonu 6 saylı məktəbdə gənclər arasında təlim təşkil olunub. Təlimin məqsədi gənclərimizdə “Hamının olsa da – bizimdir” fikrini formalaşdırmaqdır.
Təlim zamanı gənclərin ətraf mühit, təbii sərvətlər, yaşadıqları ərazidə ekoloji durumla bağlı təklif və iradları barədə məlumat almaq, eləcə də, onların bu problemlərin aradan qaldırılmasında verə biləcək töhfələr haqda təsəvvür əldə etmək məqsədilə sorğular təşkil olunub.
Gənclərə onların ekoloji vəziyyətin yaxşılaşdırılması üçün verə biləcək töhfələrini üzə çıxarmaq və son nəticə olaraq yol kənarlarında ağac və bəzək kollarının əkilməsi aksiyasında iştirakını təmin etmək kimi variantlardan istifadə etməklə, onlarda ekoloji tərbiyənin və mədəniyyətin formalaşdırılmasına nail olmaq məqsədilə müxtəlif ekoloji oyunlardan və testlərdən istifadə olunub.
Qeyd edək ki, təlimdə layihə eksperti və Ağcabədi rayon 6 saylı məktəbin nümayəndəsi iştirak ediblər.