Azərbaycan Gəncliyi Dövlət Proqramının əsas məqsədi gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir.
Buna əsaslanaraq, “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyi 15 sentyabr 2015-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənclərin sahibkarlığı iqtisadiyyatın əsas mühərriyidir” layihənin üçüncü mərhələsinin icrasına başlanılıb.
Layihənin məqsədi – Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və öz biznesini qurmaq istəyən gənclərə biznesin necə işlədiyini və Azərbaycanda kiçik və orta biznesınin qurulması yollarını video vasitəsi ilə əyani nümayiş etdirmək.
Ümumi layihə çərçivəsində şirkətin bazar iqtisadiyyatı, HR, PR, layihələrin idarə edilməsi, marketinq, maliyyə uçotu, satış, rəqabət, pul tədavülü, məhsul və xidmətlərdən bəhs edən 80 video çarxın çəkilişi planlaşdırılır. Hər bir video vasitəsi ilə tamaşaçılara biznes fəaliyyətinin müxtəlif sahələri üzrə müvafiq yeni bilik və bacarıqlar aşılanacaq.
Layihənin üçüncü mərhələsində 7 video çarxın çəkilişi nəzərdə tutulub:
- Telefon vasitəsilə müştəri ilə əlaqənin qurulması.
- Şirkətin mənfəətinin təhlili və proqnozlaşdırılması .
- Satış şöbəsinin işinin avtomatlaşdırılması.
- “Cross sale”(qarşılıqlı) və əlavə satış mexanizmləri.
- Görüşlərin keçirilməsi qaydaları.
- Maya dəyərinin qiymətləndirilməsi.
- Qiymət formalaşmasının iki üslubu.
Qeyd etmək lazımdır ki, layihənin ilkin mərhələsi Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənib və həmin mərhələdə:
– 120 gənc təlimlərə cəlb olunub
– 1 animasiya filmi çəkilib
– 8 video çarx çəkilib və yeni açılmış Facebook səhifəsində yerləşdirilib
– Facebook reklamı vasitəsi ilə təxmini 2000 yeni istifadəçi cəlb edilib və video çarxlardan bəhrələnib
Layihənin ikinci mərhələsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənib və həmin mərhələdə 4 video çarx çəkilibdir.