[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/09/1.jpg” ]
Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə “Yeniyetmə və Gənclər arasında vətənpərvərlik tərbiyəsinin kütləvi bədən tərbiyəsi və idman vastəsi ilə geniş tədbiq edilməsi” adlı layihə çərçivəsində “Qurban bayramı İslamın bir din kimi” və “Müasir Azərbaycanda gənclər və idman hərəkatı” mövzusunda elmi nəzəri praktik konfrans və təlim keçirib.
Layihə rəhbəri Muğan Əliyev Azərbaycan xalqını səngərdə duran əsgər və zabitləri Qurban bayramı münasibəti ilə təbrik etdi və qeyd edərək bildirdi ki, Qurban bayramını Azərbaycanda hər il böyük fərəh hissləri ilə icra olunmasının Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu bayramı Dövlət tərəfindən yüksək səviyyədə keçirilməsini Respublika prezidenti Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən həyata keçirilir deyən Əliyev onu da qeyd etdi ki, Qurban mərasimi insanları sülh və əmin amanlıq yoluna dəvət edir cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın təntənəsinə çevirir ölkəmizdə geniş xeyrəcilik tədbirləri həyata keçirilir.
Layihə köməkçisi N.Quliyev bildirdi ki, layihənin vəzifəsi yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsinin kütləvi bədən tərbiyəsi və idman vastəsi ilə geniş tədbiq edərək yerli ictimai təşkilatlar və kütləvi informasiya vastələri tərəfindən vətənpərvərlik mövzuları ilə bağlı maarifçiliyin aparılmasına diqqətin artırılmasına nail olmaqdır.
YAP Xətai rayon təşkilatının idarə heyətinin üzvü N.Kərimov çıxış edərək bildirdi ki, Vətən hər birimizin qeyrətinə söykənməlidir əks təqdirdə o qüdrətli əzəmətli ola bilməz ona görə hamılıqla bu sahədə maarifləndirmə işlərimizi gücləndirməliyik.
AMEA-n Azərbaycan Tarix muzeyinin elmi işçisi P. Əzimova Qurban bayramı haqqında məlumat verərək bildirdi ki, fədakarlığın bir nümunəsi olan bu dəyərlərin paylaşılması cəmiyyətin mənəvi tərbiyəsi üçün olduqca əhəmiyyətlidir: “Bu bayram insanlar arasında yardımlaşmanı, səmimiyyəti artırmaqla bərabər, insanlarda fədakarlıq ruhunu tərbiyə edir, dünyaya aşırı bağlılıqları Allah yolunda qurban verməyi öyrədir. Qurban bayramının əsas mahiyyəti də elə budur ki, insan onu bu dünyaya zəncirləyən bağları, nəfsi, istəklərini qırmağı bacarsın və nəfs üzərində qələbəsini bayramla qeyd etsin”.
DİN –n İdman Cəmiyyətində birliyin səlahiyyətli nümayəndəsi E.Xudaverdiyev qeyd etdi ki, bu yönlü layihələrin idman cəmiyyətlərində, Ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində yeniyetmə və gənclər arasında vətənpərvərlik və pis vərdişlərə qarşı maarifləndirmə işlərinin aparılmasına ehtiyac var.
Çıxış edən nümayəndələr və məşqçi müəllimlər vətənpərvərlik tərbiyəsinin kütləvi bədən tərbiyəsi və idman vastəsi ilə geniş tədbiq olunması üsullarından, narkomaniya və pis vərdişlərin fəsadları və s. barədə ətraflı məlumat vermiş, dövlətimizin hər bir vətəndaşa olan qayğısından, gələcəyimiz olan gənclərin vətənpərvər və sağlam ruhda böyüməsinin vacibliyindən danışmışlar.
Sonda natiqlər tədbir iştirakçılarının maraqlandıran çox saylı sualları cavablandırıblar.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”23529″ id=”23529″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]