[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/09/0310.png” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi və “Sağlam mühit” gənclərin inkişafına kömək İctimai Birliyinin həyata keçirdiyi “Gənclər arasında ictimai yerlərdə davranış qaydalarının təbliği” layihəsi çərçivəsində icra planına uyğun olaraq vətəndaşlar arasında sorğu keçirilib.
Sorğu 6 nəfər könüllü vasitəsi ilə 120 nəfər arasında keçirilib.
Bunlardan 49%-i 30 yaşına qədər gənclər, 32%-i 31-50, 19%-i isə 50 yaşdan yuxarı əhali olmuşdur. Rəyi soruşulanların 79%-i gənclərin ictimai yerlərdə davranışını bəyəndiyini, 9%-i bəyənmədiyini bildirib, 12%-i isə cavab verməkdən imtina edib. 81% respondent gənclər arasında maarifləndirmə işlərinin vacibliyini, 13%-i buna ehtiyacın olmadığını bildirmiş, 6%-i isə cavab verməkdə çətinlik çəkdiklərini açıqlamışlar.
Rəyi soruşulanların 53%-i gənclərin tərbiyəsində ailənin, 35%-i məktəbin, 12%-i isə televiziya və sosial şəbəkələrin rolunu yüksək qiymətləndirmişlər.