[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/09/unnamed-116.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçən sözügedən layihə çərcivəsində təlimlər davam etməkdədir.
Uşaq evləri və internat məktəbləri ilə iş, həmin təhsil müəssisələrinin sakini olan uşaqlarla sosial işin təşkilini gücləndirmək, onların asudə vaxtlarının səmərəli təşkilində yardımçı olmaq kimi prinsipləri icrasında əsas götürən layihə həmçinin uşaqlarda rəsmə olan marağı aşkara çıxarmaq, onları rəsm çəkməyə daha da həvəslənirmək üçün təşkil olunub.
11 və 16 sentyabr tarixlərində Ümid Yeri uşaq evi və 2 saylı internat məktəblərində reallaşan təlimlər zamanı 50 nəfərə yaxın uşaq, gənc rəssam Aysel Əmirovanın keçmiş olduğu təlimlər çərcivəsində layihənin ideyasına uyğun gələcəyə dair fikirlərini çəkmiş olduqları rəsm nümunələrində əks etdiriblər.
Layihə çərcivəsində təlimlərin davamı olaraq növbəti günlərdə uşaqlarla görüş 8 saylı və 12 saylı uşaq evlərində davam etdiriləcəkdir.
Layihə rəhbəri Günel Abdullayevanın sözlərinə görə bu kimi layihələrin keçirilməsi üçün heç də dövlət və ya hər hansı təşkilatın bu işlə məşğul olmasını gözləməməli, fərdi şəkildə belə bu işlə məşğul olunmalıdır. Fərdi təşəbbüsləri dəstəkləyən qurumların mövcudluğu isə bu işdə çox yardımçı olmaqdadır. Ən bariz nümunə isə Gənclər Fondudur.
Sonda layihəyə təqdim olunan bütün rəsm nümunələrindən ibarət sərginin keçirilməsi ilə layihə yekunlaşacaqdır.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”23483″ id=”23483″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]