[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/09/unnamed-113.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi, Müşfiqabad mədəniyyət evinin təşkilati dəstəyi ilə həyata keçirilən “Azərbaycan teatrı bu gün” layihəsinin icrası baş tutub. Nəzəri və praktiki hissədən ibarət olan layihədə 50 nəfər gənc iştirak edib. Əsas məqsəd gənc nəslə teatr ənənələrinin çatdırılması və onların asudə vaxtının səmərəli təşkil etdirilməsindən ibarət olan tədbirdə açılış nitqini layihə rəhbəri Saleh Bağırov edib. O, çıxışında layihənin donoru olan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətindən və həyata keçirdiyi layihənin əsas məqsədindən danışıb. Layihə çərçivəsində əməkdar artist, prezident mükafatçısı Rahib Əliyev və digər gənc aktyorlarla görüş keçirilib. Görüşdə Azərbaycan teatrının bugünkü durumundan və gələcək inkişaf yollarından söz açılıb. Layihə çərçivəsində Müşfiqabad Mədəniyyət Evinin bədii rəhbəri Mətanət Cəfərova çıxış edərək, xalq teatrlarının bugünkü durumundan söz açıb.
Tədbirin sonunda iştirakçılar sertifikat və diplomlar ilə təltif edilib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”23463″ id=”23463″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]