[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/09/unnamed-210.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Balakən rayonunda həyata keçirilən “Mikrofon Gənclərindir!” adlı musiqi müsabiqəsi öz işini uğurla yekunlaşdırıb. Fondun elan etdiyi VI Qrant müsabiqənin C kateqoriyası üzrə qalibi olmuş layihənin məqsədi istedadlı gəncləri üzə çıxarmaq, gənclərin asudə vaxtlarının səmərəli təşkil etmək olub. Müsabiqə çərçivəsində rayon 5 zonaya bölünüb, hər zonada ayrı- ayrılıqda seçim müsabiqələri keçirilib, müsabiqələrdə fərqlənən gənclər finalda iştirak hüququ qazanıblar. Ümumilikdə 100-dən artıq gəncin zona seçimlərində iştirak etməsi və rayonun bütün ucqar kəndlərindən olan gənclərin də bu müsabiqədə iştirak etmək imkanı qazanması müsabiqənin daha uğurlu olmasını şərtləndirən amillərdəndir. Bu müsabiqə çərçivəsində rayon Gənclər və İdman İdarəsi, rayon Mədəniyyət və Turizm şöbəsinin nümayəndələri ekspert qismində iştirak edib və müsabiqənin təşkil olunmasında öz dəstəklərini göstəriblər. 16 iyul 2015-ci il tarixdə Balakən rayonu Heydər Əliyev Mərkəzində müsabiqənin final mərhələsi keçirilib. Müxtəlif zonalardan 10 istedadlı gəncin, idarə və təşkilat nümayəndələrinin, 120-dən artıq tamaşaçının iştirak etdiyi müsabiqənin açılışı zamanı rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov layihənin məqsədi, gənclərin asudə vaxtlarının səmərəli təşkili, istedadlı gənclərin üzə çıxarılması, onların stimullandırılması, gənclərlə işin təşkilində bu kimi müsabiqələrin əhəmiyyətindən danışdı. Daha sonra münsiflər heyəti seçilmiş finalçıları tamaşaçılara təqdim etdi və qaydaları, reqlamenti iştirakçıların nəzərinə çatdırdı. Yekunda münsiflər heyəti və tamaşaçıların qərarına əsasən I yeri Nuray Kardaşov, II yeri Vasif Qasımov və III yeri isə Orxan Səfərov tutub. Müsabiqədə iştirak edən gənclər diplomlarla təltif olundular. Təltifetmədən sonra tədbir gənclər üçün konsert proqramı ilə davam etdi.