[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/09/unnamed-27.jpg” ]
Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsinin kütləvi bədən tərbiyəsi və idman vastəsi ilə geniş tədbiq edilməsi” adlı layihə çərçivəsində Nərimanov rayon “ŞUA” İdman sağlamlıq Kompleksində “Vətəni torpağı müdafiə etmək hər bir gənc üçün müqəddəs olmalıdır” mövzusunda elmi nəzəri praktik konfrans keçirilib.
Konfransda cıxış redən Layihənin rəhbəri Ənənəvi karate üzrə fəxri bədən tərbiyəsi və idman işçisi IV-cü dan qara kəmər ustası M.Əliyev tədbir iştirakcılarını salamlayandan sonra layihənin mahiyyətindən və bu layihəyə qoşulan könülülərin fəailiyyətindən bacarığından söhbət açdı. M.Əliyev xüsusi olaraq qeyd etdi ki, layihə çərçivəsində yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin Kütləvi bədən tərbiyəsi vasitəsilə geniş tədbiq edilməsi ilə əlaqədar olaraq idman tədbirlərin keçirilməsinə üstünlük veriləcək.
Çıxış edən GİN –n məsul işcisi M.Nəsibov bu yönlü layihələrin keçirilməsinin vacibliyini və ehtiyac olduğunu bildirdi o qeyd etdi ki, məktəblərdə idman cəmiyyətlərində psixoloji amillərin əsaslarının marifləndirilməsi və tədbiqi vətənpərvərlik tərbiyəsində böyük rol oynayır və buna ehtiyac var.
Tədbirdə çıxış edənlər Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə yığma komandasının əməkdar məşqçisi V.Əliyev, E.Abdulayev, tenis üzrə məşqçi A.Əliyev, üzgüçülük üzrə məşqçi T.Əliyev, Layihə üzrə təşkilat komitəsinin üzvü hüquqşunas müstəqil vəkil A.Əsədov, ekspert İ.Həşimov, karate-do üzrə məşqici Ə.Əşrəfov, “OYAMA” karate idman klubun prezidenti H.Əlili, “XAN-CINAR” karate klubun prezidenti A.Quliyev, layihə üzrə təşkilat komitəsinin üzvü G.İskəndərova və digərləri layihənin vacibliyindən uşaq, yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsində fiziki, mənəvi psixoloji amillərdən gənclər arasında bu sahədə idioloji işlərin gücləndirilməsindən söz açdılar.
Konfrans başa çatdıqdan sonra diskussiyalar və təlimlər idman bölmələrində davam etdirildi. Tədbirin sonunda MKF-n məşqçisi Anar Allahverdiyev, DİN-n İdman Cəmiyyətinin əməkdaşı karate üzrə məşqçi Elnur Həsənov və GVB-n KIV üzrə əlaqələndiricisi Ayşən Talıbova Fəxri diplomla təltif olundu. Tədbir iştirakçılarına, idmançılara, qonaqlara və tədbirdə iştirak edən valideyinlərə təsvirli köynək, rəngli buklet və H.Əliyevin əksi olunmuş döş nişanı paylandı.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”23387″ id=”23387″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]