[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/09/unnamed-25.jpg” ]
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Tolerantlığın təbliğində vətənpərvər gənclərin rolu” adlı layihəyə start verir. Layihə Azərbaycanın 5 bölgəsində – Zaqatala, Qax, Astara, Şamaxı şəhərlərində və Bakı şəhərinin Yasamal rayonunda gənclər arasında keçiriləcəkdir.
Bununla bağlı Trend Mətbuat Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov layihə barəsində ətraflı məlumat verib.
Ç.Bayramov bildirib ki, layihənin məqsədi gənclərə ölkədəki multikulturalizm mövzusu, çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, müxtəlif etnik qruplar, dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında məlumat vermək, azərbaycançılığın təbliği üçün milli və dini maarifçilik, mədəniyyətlərarası dialoq, milli və dini tolerantlıq sahələrində iştirakda gənclərin fəallığının artırılmasıdır.
O, bildirib ki, layihənin qayəsi gənclər arasında milli-mənəvi əhəmiyyətli problemlərin həllinə yaxından kömək göstərmək və onları qarşılaşdıqları zərərli xarici ideologiyalara qarşı maarifləndirməkdir.
Tədbirdə daha sonra çıxış edən TUMİB Elmi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin rəhbəri Əli Fərhadov, TUMİB İdarə Heyətinin üzvləri Cabir Dövlətzadə, Seymur Verdizadə, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov, AMEA Tarix İnstitutunun və İctimai Televiziyanın əməkdaşı Mahir Qəribov, jurnalist Cəsarət Hüseynzadə, Yəhya Sənan, TUMİB Gənclər Mərkəzinin sədr müavini Samir Pənəliyev, TUMİB-in fəal üzvü Səbinə Novruzzadə layihənin əhəmiyyətindən danışaraq bildiriblər ki, tədbirin məqsədi tolerantlıq sahəsində xarici təcrübələri və Azərbaycan tarixindəki keçmiş təcrübələri gənclərin öyrənməsinə nail olmaqdır.
Onların sözlərinə görə, Azərbaycanın tarix boyu fəaliyyət göstərmiş mütərəqqi ziyalılarının, ictimai-siyasi xadimlərinin həyat va fəaliyyətinin, əsərlərinin təbliği də bu sahədə məqsəddir:
“Layihə eyni zamanda milli, dini tolerantlıq, maarifçilik, multikulturalizm mövzuları baxımından fəal gənclərin üzə çıxardılması, ictimai problemlərin həllində aktiv iştirakını gücləndirməyə, onların ümumən cəmiyyət həyatına inteqrasiyasi prosesini sürətləndirməyə yönəlib”.
Tədbirdə iştirak edən TUMİB üzvləri, digər gənclər təşkilatlarının nümayəndələri də çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.
Tədbirin sonunda iştirakçıların suallarına cavab verilib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”23367″ id=”23367″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]