[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/09/unnamed6.jpg” ]
“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Mənim seçimim – mənim gələcəyim!” layihəsinin icrasına başlanılmışdır. Layihənin əsas məqsədi Azərbaycanda keçiriləcək növbəti parlament seçkiləri ilə bağlı gəncləri seçki hüququ barədə maarifləndirmək, onların seçki prosesində rollarını gücləndirməkdir.
Layihə qarşıdan gələn 1 noyabr – 2015 parlamentə keçiriləcək seçkilərdə gənclər arasında iştirakı artırmaq üçün seçkidə fəal seçici kimi olmaq proseslərini təkmilləşdirmə məqsədini daşıyır. Bu fəaliyyətlər Xəzər rayonunda dairə seçki komissiyası və yerli icra hakimiyyətləri qurumları ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçiriləcəkdir.
Layihə çərçivəsində yerli dövlət, dairə seçki komissiyası, eləcə də vətəndaş cəmiyyəti ilə tərəfdaşlıq məqsədli müxtəlif görüşlərin keçirilməsi, əməkdaşlıq, bacarıq və iştirakçılıq sahəsində hesabatı tərtib ediləcək. Hesabatda gənclərin seçkidə iştirakı vəziyyəti, bu istiqamətdə QHT-lərlə dövlət strukturlarının əməkdaşlığı və seçki maarifləndirilməsinin səviyyəsi öyrəniləcək. Qeyd edilən rayonda gənclərin seçki üzrə ümumi anlayışın xüsusi ilə də, seçki prosesi və maarifləndirilməsi sahəsində təlimlərin və görüşlərin keçirilməsi nəzərdə tutulub.
Təşkilatın sədri Tünzalə Cavadovanın verdiyi məlumata əsasən, “Mənim seçimim – mənim gələcəyim!” layihəsi 3 ay müddətində Bakl şəhəri Xəzər rayonunda həyata keçiriləcəkdir. Layihə 01 sentyabr – 01 dekabr 2015 tarixlərini əhatə edir. Layihədən 18 yaşı tamam olmuş, ilk dəfə səs verəcək 150 gənc faydalancaqdır.