[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/09/unnamed5.jpg” ]
Bu gün Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən biridir. Torpaqlarımızın bir qisminin işğal altında olduğu bir şəraitdə bu yöndə təbliğatın gücləndirilməsi vacib əhəmiyyət kəsb edir. Belə bir situasiyada gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi və onların hərbi xidmətə düzgün hazırlanması cox əhəmiyyətlidir. Danmaq olmaz ki, bu istiqamətdə bir cox işlər görülür. Bütün bunlarla yanaşı bu sahə daim diqqətdə saxlanılmalı, nəsillər yeniləndikcə bu tədbirlər yeni formalarda işlənib gənclərə çatdırılmalıdır.
“Gəncliyə dəstək” İctimia Birliyi də gənclərin hərbivətənpərvərlik tərbiyəsi istiqamətində yeni forma işləyərək, düşünür ki, gənclərin peşə yönümünün hərbi ixtisaslara istiqamətləndirilməsi, şagirdlər arasında hərbi ixtisasların əhəmiyyəti haqqında geniş təbliğat işinin aparılması çox vacibdir. Bu məqsədlə “Gəncliyə dəstək” İctimia Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə 01 sentyabr 2015-ci il tarixdən “Gənclərin peşə yönümünün hərbi ixtisaslara istiqamətləndirilməsinə dəstək” adli layihənin icrasına başlamışdır.
Layihənin müddəti 3 aydır, Zərdab və Ucar rayonlarında icra olunacaqdır. Layihənin məqsədi gənclərin peşə yönümünün hərbi ixtisaslara istiqamətləndirilməsi, şagirdlər arasında hərbi ixtisasların əhəmiyyəti haqqında geniş təbliğat işinin aparılmasında ibarətdir. Bu məqsədlə layihə çərçivəsində sentyabr-oktyabr aylarında ən savadlı gənclərin hərbi ixtisaslara istiqamətləndirilməsi məqsədilə bir qrup X-XI sinif şagirdlərinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə ekskursiyasının təşkil olunması və təlimlərin keçirilməsi nəzərdə tutulur. Bundan əlavə noyabr ayında məktəblərdə gənclərin hərbi ixtisaslara istiqamətləndirilməsi, şagirdlər arasında hərbi ixtisasların əhəmiyyəti haqqında geniş təbliğat işinin aparılması mövzusunda seminarlar keçirilməsi nəzərdə tutulur. Keçirilən tədbirlərdə Rayon Gənclər və İdman idarəsi, Rayon Təhsil Şöbəsi, SHXÇDX-nin rayon şöbəsi ilə də əməkdaşlıq ediləcəkdir.