[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/09/unnamed-7.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi şəxs Qəhrəmanov Tural Rahman oğlu tərəfindən Oğuz rayonunda “Odlar Yurdu Azərbaycan” intellektual festivalı adlı layihə həyata keçirilib. Layihənin məqsədi gənclər arasında Azərbaycanın tarixinin, mədəniyyətinin və coğrafiyasının təbliği, gənclərin intellektual oyunlarda marağının artırılması və asudə vaxtının səmərəli keçirməsinə yardımçı olmaqdır. Festivalın açılışı zamanı Layihə rəhbəri Qəhrəmanov Tural qeyd edib ki, maarifləndirmə işlərinin geniş miqyasda aparılması bir mənalı səkildə gənclərin gələcəkdə intellektual oyunlara marağın artmasına, tariximizi dahada geniş formada öyrənilməsinə diqqət artacaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhsilə xüsusi diqqət verərək demişdir: “Təhsil, intellekt, elm, tərəqqi deməkdir”. Dünyada bir millət və dövlət olaraq layiqli yer tutmaq istəyiriksə, intellektmizi möhkəmləndirməyi məqsədlərimiz sırasından çıxarmamalıyıq. Təhsilin keyfiyyət etibarı ilə yeni mərhələyə addımlaması paralel olaraq mədəniyyətimizin, intellektual potensialımızın yüksəlməsidir. İntellekt və mədəniyyət, bir tamın iki hissəsidir. Təhsil, intellektual inkişaf üçün strateji əhəmiyyət daşıyır. Müasir Azərbaycanda, özündə yüksək intellekt, emosional zənginlik və humanizm birləşdirən insan şəxsiyyətinin formalaşdırılması ön plana çəkilib. Bunun ən ümdə komponenti isə intellektual inkişafdır. Əsrlərdən, süzülüb, saflaşıb, öz təsdiqini həyatda tapmış müdriklərin söz xəzinəsinəd olan – “xalqın intellektual gücü onun siyasi gücündən xeyli dərin olur”–kəlamı indi də, zamanın reallığına uyğundur. Öz biliyinə, təhsilinə arxalanmış insanların mövqeyi həmişə üstün olur.
Tariximizi bilmək hər bir gəncin borcudur. İntellektual oyunların region gəncləri arasında keçirilməsi bir mənalı olaraq,onların bu sahədə inkişafına təkan verəcəkdir. Layihə zamanı gənclərə maarifləndirici bukletlər paylanılıb. Festival zamanı intellektual oyunların əhəmiyyəti və onun yaranma tarixi,gənclərə faydalı tərəfləri haqqında gənclərə dolğun informasiya verilib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”23330″ id=”23330″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]