[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/09/unnamed-31.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə çəkilən, layihə rəhbəri və rejissoru Cavanşir Eladisoy olan “EkoPatrul” sosial çarx layihəsi yekunlaşıb.
Layihədə əsas məqsəd cəmiyyətə, xüsusən də gənclərə ətraf mühiti və təbiəti qorumağı təbliğ etmək olub.
Son zamanlarda uğurla həyata keçirilən “Azərbaycan Gənclər Siyasəti”nin bir istiqaməti də gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik habelə ətraf mühitin təmizliyinə riayət olunması və yaşıllığın qorunması prinsiplərinin təbliğ olunması və onların maksimum dərəcədə qaldırılmasıdır. Bundan irəli gələrək layihə çərçivəsində çəkilən video çarxda yuxarıda qeyd etdiyimiz prinsiplərin gənclər arasında təbliği nəzərdə tutulub.
Video çarxda, cəmiyyətin müxtəlif təbəqələrinin, əsasən də gənclərin sevimlisi olan Azərbaycan Kapoera Federasiyasının Fəxri Prezidenti Taleh Orucov, Kickbox üzrə 21 qat Dünya Çempionu Eduard Məmmədov, Baku 2015 Avropa Oyunları qalibi Niyazi Əliyev və Bodybuilder Kamil Zeynallı kimi məşhur idmançılarla yanaşı gənclərin sevimlisi olan komedyənlər Erkin Ergin, Taleh Yüzbəyov və model Rafiqə Əziz çəkiliblər.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”23278″ id=”23278″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]