[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/08/unnamed-227.jpg” ]
Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Müstəqilliyin üçüncü onilliyinə qədəm basmış Azərbaycana məhz milli şüura malik, vətənpərvər gənclər lazımdır. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti də məhz bu amala xidmət edir. Ümummilli lider müstəqil düşüncə tərzinə sahib vətənpərvər nəslin yetişməsini dəfələrlə qürur hissi ilə vurğulayıb: “Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var”.
Nəbi Məmmədov fərdi gənc kimi təqdim etdiyi layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 6-cı qrant müsabiqəsi çərçivəsində C kateqoriyası üzrə qaliblər sırasında yer alıb.
“Azərbaycan gəncliyi- 2001-2015-ci illərdə” Dövlət Proqramında gənclərin hərbi hazırlıq səviyyəsinin gücləndirilməsi, onlara hərbi-vətənpərvərlik hisslərinin aşılanması və təbliği məsələləri öz əksini tapıb. Bu yarışlar yeniyetmələrin və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, onların döyüş praktiki biliklərinin artırlmasına kömək etdi.
Qəbələdə icrasına start verilən və 3 ay davam edən layihənin məqsədi 100 dən çox regionlarda yaşayan gənclərə hərbi biliklərin aşılanmasına və vətənpərvərlik ruhunun artırılmasına xidmət etməkdir. Yarışlar zamanı gənclər müxtəlif komandalarda hərbi ekspertlər tərəfində verilən şərti döyüş tapşırıqlarını yerinə yetirdilər. Layihəyə uğurla yekun vuruldu.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”23259″ id=”23259″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]