[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/08/unnamed30.jpg” ]
21-22 Avqust 2015-ci il tarixdə İordaniya Haşəmi Krallığının paytaxtı olan Amman şəhərində “Gənclər, Sülh və Təhlükəsizlik üzrə Qlobal Forum” keçirilmişdir.
Forumun açılış mərasimində İordaniya Haşəmi Krallığının vəliəhdi Şahzadə Hüseyn ibn Abdullah, BMT Əhali Fondunun İcraçı Direktoru cənab Babatunde Osotimehin, YUNESKO-nun Baş Direktoru xanım İrina Bokova, İordaniyanın Baş Nazirinin müavini və Xarici İşlər Naziri cənab Nasser Judeh, BMT Baş Katibinin Gənclər üzrə Elçisi cənab Əhməd Əlhəndavi və Bəhreynin Xarici İşlər Naziri Şeyx Xalid ibn Əhməd Əl Xəlifə tədbirin iştirakçıları ilə mövzu barədə öz fikirləri ilə bölüşüb Forumun fəaliyyətinə uğurlar dilədilər.
Qlobal Forumda ölkəmiz Gənclər və İdman Nazirliyinin Gənclər Şöbəsinin müdiri İndira Hacıyeva, BMT İnkişaf Proqramının Strateji Əməkdaşlıq üzrə Müşaviri Məzahir Əfəndiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Aparat Rəhbəri Faiq Qürbətov, BMT İnkişaf Proqramının gənclər üzrə layihəsinin assistenti Azər Abasəliyev və ATGTİ-nin Beynəlxalq Əlaqələr Departamentinin direktoru Pərvin Rəhimli ilə təmsil olunub.
2 gün ərzində “Gənclər, təhlükəsizlik və sülhün hazırkı vəziyyəti”, “Qarşıya çıxan çətinliklər və onların həlli üsulları”, “İnkişafın düzgün ölçülməsi və qiymətləndirilməsi” “İnnovasiya və texnologiyaların sülhə töhvələri” “Gənclərin beynəlxalq sülh üçün atdığı və ata biləcəyi addımlar” və s. kimi müxtəlif mövzuları əhatə edən müzakirələrin nəticəsi olaraq Forumun bağlanış mərasimində “Gənclər, Sülh və Təhlükəsizlik üzrə Amman Gənclər Bəyannaməsi” qəbul olundu. Bəyannamə BMT Təhlükəsizlik Şurasının payızda keçiriləcək sessiyasında İordaniya nümayəndəliyi tərəfindən təqdim ediləcəkdir.
Qeyd etmək lazımdır ki 28-30 Oktyabr 2014-cü il tarixlərdə Bakıda keçirilən Gənclər Siyasəti üzrə I Qlobal Forumdan sonra dünyada gənclər siyasəti mövzusunda nəzərəçarpan fəallıq müşahidə edilməkdədir. Məhz bu səbəbdən Azərbaycan nümayəndə heyəti tədbirdə iştirakı ilə ölkəmizin gənclər siyasəti sahəsində malik olduğu 20 illik təcrübəni digər BMT üzv ölkələri ilə bölüşmək və bir model olaraq tətbiq edilməsinə yardım etmək hazırlığını ifadə etmişdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”23234″ id=”23234″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]