[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/08/unnamed-419.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi layihə qalibi Rəşidov Süleyman tərəfindən Beyləqan rayonunda həyata keçirdiyi “İKT məktəbi” aztəminatlı, qaçqın və məcburi köçkün gənclərə təlimlərin keçirilməsi adlı layihə uğurla başa çatdı. Layihənin məqsədi interaktiv metodlarla sağlam və sosial təcrid olunmuş gəncləri təlimlərə cəlb etmək yolu ilə bərabər imkanlar təmin etmək, İKT-nin gənclər arasında təbliği, yeniyetmə və gənclərin İKT təlimlərində iştiraklarının artırılması, onların maraqlarının müdafiəsi işinin aparılması və asudə vaxtının səmərəli keçirməsinə dəstək olmaqdır.
Təlim zamanı gənclərə İKT haqqında məlumatları özündə cəmləşdirən maarifləndirici bukletlər paylanılmışdır.Təlim vasitəsi ilə maarifləndirmə işlərinin geniş miqyasda aparılması gənclərin gələcəkdə İKT haqqında biliklərinin artmasına və digər gənclərində İKT-dən faydalanmaq şansının artmasına səbəb olacaqdır. Əsas diqqət gənclərə İKT haqqında düzgün informasıyanın verilməsinə nail olmaq və gənclərdə dolğun informasiya bazası yaratmaqdır. Təlimdə ümumilikdə 45 nəfərdən çox gənc bir başa iştirakçı olmuşdur.Layihə rəhbəri Rəşidov Süleyman Rahib oğlu çıxış edərək qeyd etdi ki, bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir. Prezident İlham Əliyev bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı tərəfindən 2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi bunun əyani təzahürüdür. “İKT ili”nin ilk əlamətdar hadisəsi “Azərspace-1” ilk milli telekommunikasiya peykinin orbitə çıxarılması olmuşdur. Ölkədə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının, Elektron Təhlükəsizlik Mərkəzinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin fəaliyyəti bu sahəyə göstərilən diqqətin davamlılığından xəbər verir. Yəni yaradılan İnformasiya Texnologiyaları Universiteti artıq ilk tələblərini qəbul etmişdir. Hazırkı dövrdə elmi biliklərin həcmi sürətlə artır, təhsilin məzmunu fasiləsiz təkmilləşir. Artıq tədris prosesində müasir texnologiyalardan, innovativ təhsil metodlarından istifadə əsasdır.
Təlimin sonunda gəncləri maraqlandıran suallara ətraflı cavablandırılmışdır.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”23223″ id=”23223″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]