[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/08/unnamed-77.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi layihə qalibi Qəhrəmanov Cavid Rəcəb oğlu tərəfindən Hacıqabul rayonunda həyata keçirilən “Tarixi abidələrimizi tanıyaq və tanıdaq” adlı layihə uğurla başa çatıb. Layihənin məqsədi Azərbyacanda yerləşən tarixi abidələrin gənclər arasında tanıdılması, gənclərin iştirak etdiyi beynəlxalq tədbirlərdə abidələrin tanıdılması istiqamətində fəaliyyətlərin təşkili və gənclərin asudə vaxtının səmərəli keçirməsinə nail olmaqdır. Layihənin icrası zamanı gənclərə maarifləndirici bukletler paylanılıb. Layihə vasitəsi ilə maarifləndirmə işlərinin aparılması, gənclərin gələcəkdə tarixi abidlərin qorunması istiqamətində marağlarının artmasına, onlarda təbliğat və informasıya bazasının yaranmasına, abidələr haqqında yeni fikirlərin formalaşmasına səbəb olacaqdır. Layihədə ümumilikdə 40 nəfərdən çox gənc bir başa iştirakçı olub.
Layihə rəhbəri Cavid Qəhrəmanov qeyd edib ki, dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir.
Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir. Azərbaycan ərazisində ən qədim maddi mədəniyyət nümunələri e.ə. 8-ci minilliyə təsadüf edir. Qədim meqalitik abidələr, menhirlər, dolmenlər, mağaralar, müdafiə tikililəri, kurqanlar, metal alətlər, dulusçuluq, zərgərlik sənəti Azərbaycan yaşayış məskəni üçün xarakterik olmuşdur. Monumental qaya rəsmlərində xalqın mədəniyyəti və estetik təsəvvürləri öz ifadəsini tapmışdır. Füzuli şəhərinin yaxınlığındakı Azıx mağarası (uz. 215-220 m) Azərbaycanın dünyada ən qədim insan məskənlərindən biri olduğunu sübut edir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”23213″ id=”23213″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]