[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/08/unnamed-125.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və “İrəli” İctimai Birliyinin dəstəyi, Altunay Əsgərin təşkilatçılığı ilə həyata keçirilən “Vətənimə xidmət edirəm” layihəsi yekunlaşıb.
Təqdimatda layihə rəhbəri Altunay Əsgər “Vətənimə xidmət edirəm” layihəsinin əsas məqsədi haqqda danışıb: “Həyata keçirilən layihənin məqsədi tutduğu vəzifəsindən, mövqeyindən və əqidəsindən asılı olmayaraq vətənə əzmlə xidmət etmək prinsiplərini təbliğ edərək gənclərdə vətənpərvərlik ruhunu yüksəltmək idi”.
Daha sonra İrəli İB-in sədri MirHəsən Seyidov çıxış edərək “Vətənimə xidmət edirəm” layihəsinin ərsəyə gəlməsi haqqında və eyni zamanda gənclərdə bu kimi ideyaların dəstəyləndiyini bildirib. Eyni zamanda M.Seyidov gənclərimizdə vətənpərvərlik ruhunun yüksək olduğunu da qeyd edib.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun əməkdaşı Ayşə Məhərrəmova Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun hər il keçirdiyi Qrantlar barədə geniş məlumat vermiş, gəncləri daim belə müsabiqələrə qoşulmağa, sosial həyatda daha da aktiv olmağa dəvət etmişdir. Ayşə Məhərrəmova vətənpərvərlik və bu kimi mövzuların gənclərdə olduqca böyük maraq yaratdığını eyni zamanda Fond tərəfindən bu kimi layihələrin dəstəkləndiyini bildirib: “Gənclər Fondu gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını təmin edən qurumdur. Çox sevindirici bir haldır ki, gənclər fərdi layihələrlə bucür ideyalarını həyata keçirdirlər. Və xüsusi olaraq qeyd etmək istərdim ki, Fondun ən əsas tutuduğu vəzifələrdən biri də vətənpərvərlik mövzusunun gənclər arasında təbliğidir. Biz hər zaman Gənclər Fondu olaraq gənclərimizə dəstək durmağa hazırıq.”
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu – Azərbaycanda gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirilməsini təmin edən qurumdur.
Daha sonra isə “Vətənimə xidmət edirəm” layihəsinin video çarxı təqdim olunub.
Ərsəyə gələn video çarxda gördüyü işdən asılı olmayaraq vətəninə, xalqına ləyaqətlə ximdət edən insanlar cəmiyyətə bir nümunə kimi təqdim edilib. Sözügedən video çarxda müxtəlif peşə sahibləri (hərbiçi, müəllim, bağban, satıcı, jurnalist, tələbə, rəssam, dərzi, çörəkçi, həkim, polis, gəmiçi və s.) bir araya gələrək hərəsi öz sahəsində vətəninə layiqli vətəndaş kimi necə xidmət etdiyini nümayiş etdirib. Layihənin ana ideyası vətənpərvərliyin və vətənə xidmətin əsgər səngərləyirlə sərhədlənmədiyini göstərmək və vətənə xidməti hər birimizin gündəlik həyat tərzinə çevirməkdir.
https://www.youtube.com/watch?v=Mjj5jaWzmrs
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”23173″ id=”23173″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]