[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/08/unnamed-219.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fəal gənc Nəsirov Bəhruz Aydın oğlu tərəfindən Göyçay rayonunda həyata keçirdiyi “Mənim yaşıl regionum” layihəsi uğurla başa çatıb. Layihənin məqsədi gənclər arasında ekologiyanın qorunması istiqamətində fəaliyyətlərin təşkili, ekoloji çirklənməyə qarşı maarifləndirmə işinin aparılması və gənclərin asudə vaxtının səmərəli keçirməsinə nail olmaqdır. Təlimlər zamanı gənclərə maarifləndirici ekologiya ilə bağlı bukletlər paylanılıb. Layihə vasitəsilə maarifləndirmə işlərinin aparılması, gənclərin gələcəkdə ekologiyanın qorunması istiqamətində marağlarının artmasına, onlarda ekologiyanın qorunmaq üçün informasıya bazasının yaranmasına, ekologiya haqqında yeni fikirlərin formalaşmasına və digər gənclərində faydalanmaq şansının artmasına səbəb olacaqdır.
Layihə rəhbəri Nəsirov Bəhruz qeyd etmişdir ki, ekologiya sözünü ilk dəfə 1858-ci ildə Q.D. Toro işlətmiş, 1866-cı ildən sonra alman bioloqu E. Hekkel bu anlayışı geniş yaymış və inkişaf etdirib. Hekkel orqanizmi təbii sığınacaq yerində, yəni öz “evində” öyrənməyi ekologiya hesab edib. Daha sonralar uzun müddət ekologiya biologiya sözünün dar mənasında işlənib. Yalnız gərgin mübahisəli inkişaf yolu keçdikdən sonra müasir ekologiya formalaşıb. Orqanizmlərin həyat tərzini və orqanizmdən yüksək canlı sistemləri öz aralarında və ətraf mühitin cansız komponentləri ilə qarşılıqlı əlaqədə öyrənən elm ekologiya adlanır.
Layihədə ümumilikdə 50 nəfərdən çox gənc bir başa iştirakçı olub.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”23162″ id=”23162″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]