[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/08/unnamed-512.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Xəzər rayon Gənclər və İdman İdarəsinin təşkilatçılğı ilə 2015-ci ilin may, iyun, iyul ayları ərzində “Xəzər rayonunun turizm potensialı” adlı layihə keçirilib. Layihənin keçirilməsində məqsəd Xəzər rayonun turizm potensialını əks etdirən məkanların videoçarx formasında hazırlanaraq yerli və əcnəbi turistlər arasında təbliğ etməkdir.
Layihə çərçivəsində Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Dörkünc və Dairəvi qala, Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi, Günəşli sanatoriyası, Azərbaycan Milli Elmlər Akademiyasının Mərdəkan Dendrologiya İnstitutu, Dənizkənarı çimərlik və istirahət guşələrini əks etdirən video çarx hazırlanıb. Layihə çərçivəsində işlər tamamlandıqdan sonra layihənin yekun tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Cavad Əsgərov qonaqları salamlayaraq layihə haqqında məlumat verib, daha sonra video çarx nümayiş olunub.
Tədbirdə iştirak edən Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev çıxış edərək Xəzər rayonunda turizm obyektlərinin təbliğ olunmasında layihənin önəmli olmasını vuğulayıb, layihə rəhbərinin və onun timsalında bütün yarıdıcı və fəal gənclərin fəaliyyətini yüksək qiymətləndirib. Tədbirin yekununda tamaşaçılara video çarxı əks etdirən disk və bukletlər paylanılıb.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”23119″ id=”23119″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]