[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/08/unnamed-116.jpg” ]
Binəqədi rayonunda Heydər Əliyev adına İstirahət və Mədəniyyət Parkında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “Ümumi Qafqaz Evi” layihəsi çərçivəsində açıq hava tədbiri keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi, ölkənin müxtəlif gənclər təşkilatlarının sədrləri, sədr müavinləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Aparat rəhbəri, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi, ASAN Könüllüləri və Binəqədi rayonu fəal gəncləri iştirak etmişdir.
Tədbirin açılışından sonra “Dövlət Gənclər Siyasəti və Heydər Əliyev siyasi kursu” ndan bəhs edən video- çarx nümayiş etdirilmişdir. Video-çarxda Azərbaycanın müstəqilliyini qazandıqdan bu yana keçdiyi ağır sınaqlar və bu sınaqlardan xalqımızı üzü ağ çıxaran Heydər Əliyev siyasi kursundan müəyyən məsələlər öz əksini tapmışdır. Gənclərin diqqətinə səbəb olan video-çarxdan sonra söz Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Zöhrə Əsgərova, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Əli Pənahov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, “Gənclər üçün Təhsil Mərkəzi”nin sədri Fəxrəddin Həsənzadə, Binəqədi rayonu fəal gəncləri adından Nərgiz Qurbani, ASAN Könüllüləri adından Könül Ağasənli və digər fəal gənclər dövlətimiz və rəhbərlik tərəfindən gənclərə yaradılan münbit şəraitə görə dərin təşəkkürlərini bildirərək, layihənin gənclər üçün önəmindən danışdılar. Eyni zamanda natiqlər gəncləri Azərbaycanın milli- mənəvi dəyərlərinə hər zaman sahib çıxmağa səslədi və onları “12 Avqust Beynəlxalq Gənclər Günü” münasibəti ilə təbrik etdilər.
Sonra çıxış üçün söz alan Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov tədbirdə iştirak edən gəncləri təbrik edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyəti təqdirəlayiqdir və Gənclər Fondunun qrant müsabiqələrində qalib gələn gənclərin Binəqədi rayonu ərazisində öz layihələrini icra etmələri üçün hər cür şərait yaradılmışdır.
Sonda layihə rəhbəri Məleykə Əlizadə layihənin icrasında əməyi olan şəxslərə və qurumlara öz dərin təşəkkürünü bildirdi.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”23065″ id=”23065″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]