[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/08/unnamed14.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Gənclər Ekologiyanı qoruyur!” adlı layihə uğurla yekunlaşdırılıb. Gənclər Fondunun 6-cı qrant müsabiqəsi çərçivəsində həyata keçirilən layihə zamanı yeniyetmə və gəncləri əhatə edən tədbirlərin əsas məqsədi ekoloji mühitin sağlamlaşdırılmasına töhfə vermək, gənclər arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini daha da yüksəltmək, habelə ictimaiyyətin diqqətini ekoloji tarazlığın qorunmasına yönəltmək olub.
Tədbirlərdə əsas olaraq gənclərin ətraf mühit və ekologiya ilə bağlı maarifləndirilməsinə, onların bu sahədə aktivliyinin artırılmasına ciddi fikir verilib. Qazax və Samux rayonlarında həyata keçirilən layihədə gənclərin aktiv iştirakı müşahidə olunub.
Layihə çərçivəsində tədbirlərdə iştirak edən gənclər bu kimi tədbirlərin daha tez-tez keçirilməsinin önəmini vurğulayıblar.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”23038″ id=”23038″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]