[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/08/unnamed-101.jpg” ]
Gəncədə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) Gənc Jurnalistlərin İnternet Təhlükəsizliyi Forumu layihəsinin təntənəli bağlanış mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən Gənc Jurnalistlərin İnternet Təhlükəsizliyi Forumu layihəsini çərçivəsində reallaşıb. Üç günlük forumun icrasında layihənin koordinatoru, tanınmış telejurnalist Anar Yusifoğlu, Ölkə.az xəbər saytının baş direktoru Məmməd Gülməmmədov, Media eksperti, əməkdar jurnalist, ehtiyatda olan polkovnik-leytenant – İbrahim Rüstəmli, Yenicag.az saytının baş redaktoru Aqil Ələsgər, 7News.az saytının həmtəsisçisi Tural Əhmədov və digər QHT və Media nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyətinin rəsmisi Həsən Məmmədov açaraq layihənin əhəmiyyətindən danışdı. İnformasiya təhlükəsizliyinin təminatında müasir medianın mühür rol oynadığını deyən H.Məmmədov bu işdə gənclərin maarifləndirilməsinin əhəmiyyətini vurğuladı.
Sonra ASGA-nın təsisçisi və sədri Səbuhi Abbasov çıxış edərək problemin aktuallığından danışdı: “Bilirsiniz, ötən il internet mediada dezinformasiya ilə bağlı ciddi həyacan siqnalı çalındı. Avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi keçirildi. Məhz bu görüşdən sonra bu sahədə ciddi dönüş yarandı. Bizim əsas məqsədimiz də məhz bu kimi problemlərin yaranma səbəbini müzakirə etmək və gənc jurnalistlərin daha çox bilgilənməsinə, maariflənməsinə nail olmaqdan ibarətdir. Üç gün ərzində həyata keçirilən forumda 30 gənc media nümayəndəsi bu istiqamətdə maarifləndilər. Hesab edirik ki, bu tip layihələr davamlı olmalıdır. Forumun www.internet-security.club saytı fəaliyyət göstərir. Bundan başqa layihənin davamlılığını təmin etmək məqsədi ilə sosial şəbəkələrdə xüsusi qruplar yaradılmışdır. ”
Tədbirin sonunda gənc jurnalistlərin sualları media kapitanları tərəfindən cavablandırıldı.
Sonra layihədə fəal iştirak edən mütəxəssislərə fəxri diplomlar, Layihədə iştirak edən Gənc media nümayəndələrinə isə sertifikatlar təqdim olundu.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22997″ id=”22997″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]