[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/08/unnamed-45.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclərimizin sosial şəbəkələrə alüdəçiliyinin qarşısının alınması üzrə tədbirlər” adlı layihənin icrası başa çatıb.
Layihə Şirvan şəhərində həyata keçirilib. Layihənin əsas məqsədi gənclərin internet-asılılığının qarşısının alınması və ona qarşı mübarizədə valideynlәri və müәllimləri cəlb etmək, internet-asılılığına məruz qalan və risk altına düşən ayrı-ayrı gənclərin və bütövlükdə cəmiyyətin sağlamlığını qorumaq olub. Gənclərin əksər hissəsində internet-asılılığına əleyhinə münasibət yaratmaq və milli-mәnәvi dәyərlərin, vәtәnә mәhəbbәt, dövlәtə sədaqәt hisslərinin aşılanmasına xidmәt edәn internet resurslarının yaradılması məqsədə uyğun hesab edilib.
Layihənin rəhbəri Hüseynov Cavanşir Vüqar oğlu tədbirlərdə bildirdi ki, sosial şəbəkələr gənclər üçün real təhlükəyə çevrilib: “Gənclərimiz sosial şəbəkələrdən təyinatına görə istifadə etmirlər. Sosial şəbəkələr gənclərə əlahiddə imkanlar verirlər. Ondan imtina etmək doğru deyil. Sadəcə olaraq, sosial şəbəkələr, onların faydaları, təhlükələri barədə ciddi maariflənmə işlərinin aparılmasına, izahatların verilməsinə ehtiyac var, internetin təhlükələrindən, tələlərindən xəbəri olmayanlar gənclər çox rahat şəkildə hansısa mənfi maraqlar güdən cinayətkarların qurbanlarına çevrilə bilirlər.” Mövzu ilə əlaqədar bukletlər nəşr etdirilib gənclər arasında paylanılıb.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22975″ id=”22975″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]