[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/08/unnamed-15.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi “Dini təhlükəsizlik milli təhlükəsizliyin təminatıdır” çərçivəsində tədbir keçirilib. Layihə rəhbəri Rauf Həsənovun verdiyi məlumata görə, Binəqədi rayonunda baş tutan tədbirdı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Layihələr şöbəsinin müdiri Hikmət Babayev, Binəqədi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev, Binəqədi rayon bələdiyyəsinin məsul əməkdaşı, 1 nömrəli SİƏD-nin sədri Dilbər Şükürova, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübədə olan “ASAN” Könüllüləri, Binəqədi rayonun fəal gəncləri iştirak etmişdir.
İlk öncə tədbirin açılışında Ulu Öndər Heydər Əliyevin Azərbaycanda müasir dövlət quruculuğu sahəsində gördüyü işlərdən bəhs edən video-rolik nümayiş edilmişdir.
Sonra layihə rəhbəri Rauf Həsənov layihənin əhəmiyyəti haqqında geniş məlumat vermiş və bu kimi layihələrin davamlı olacağını diqqətə çatdırmışdır.
Daha sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Layihələr şöbəsinin müdiri Hikmət Babayev, Binəqədi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev mühazirəçi qismində çıxış etmişdirlər.
Çıxışlardan sonra gənclərə söz verilmiş və Binəqədi Rayon İcra Hakimiyyətində təcrübədə olan “ASAN” Könüllüsü Alıyeva Fidan layihə haqqında təsürratlarını bölüşmüşdür.
Sonda gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22965″ id=”22965″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]