[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/08/unnamed-12.jpg” ]
İyulun 31-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Sosial media və milli dəyərlər” adlı layihə çərçivəsində sonuncu təlim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyə dəstəyi ilə həyata keçirilən layihənin bağlanış mərasimində təlimlər haqqında məlumat verən rəyihənin rəhbəri, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Baba Əliyev təlimlərdə ümumilikdə 94 gəncin birbaşa aktiv iştirak etdiyini və layihənin uğurla yekunlaşdığını bildirib. Qeyd edib ki, dörd gün davam edən layihə çərçivəsində iştirakçılara “Sosial media və milli mənəvi dəyərlər: ümumi anlayışlar”, “Milli mənəvi dəyərlərin sosial şəbəkələrdə təbliği”, “Wikipedia: online ensiklopediyası milli mənəvi dəyərlərin təbliği platforması kimi” və “Milli mənəvi dəyərlərin PR imkanları və multimedia vasitələri ilə təbliği” adlı təlimlər keçirilib. Sözügedən təlimlər zamanı gənclərə sosial media anlayışı, növləri və ondan düzgün, həmçinin səmərəli istifadə üsulları, sosial media mədəniyyəti, informasiyanın dəqiq və tərəfsizliyinə əmin olmaq yolları, sosial mediada milli maraqların qorunması, milli informasiya məzmunlarının çoxmilyonluq qlobal platformalarda yayımı, dövlətçilik əlehinə yönəlmiş xarici təxribatalara qarşı gənclərin hazırlığının artırılması, dövlət əhmiyyətli məlumatların trajlanması zamanı yaranan problemlər, eləcə də Azərbaycanın daxili və xarici uğurlarının sosial media və şəbəkələr vasitəsi ilə dünyaya çatdırmaq istiqamətlərində geniş məlumatlar verilib.
Layihə rəhbəri öz çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və birbaşa nəzarəti ilə ölkə gəncliyinin milli vətənpərvərlik ruhunda tərbiyə olunması, eləcə də dövlətimiz və onun milli maraqlarının qorunması yolunda həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, intellektual, milli və dövlətçilik dəyərlərini hər zaman uca tutan, təəssübkeş ölkə gəncliyi cənab Prezidentin diqqət və qayğısını hər zaman hiss edib. Biz gənclər çalışmalıyıq ki, daima bu diqqəti, bu etimadı doğruldaq və yüksələn Azərbaycana öz töhvələrimizi verək.
Son illər ölkə rəhbərliyi tərəfindən gənclər, idman, sosial və digər sahələrdə aparılan effektiv dövlət siyasəti, həyata keçirilən kütləvi elmi-mədəni və idman tədbirlərinin əhəmiyyətindən də danışan B.Əliyev görülən işlərin Azərbaycanın təbliğatı baxımından əvəzsiz olduğunu vurğulayıb.
Eləcə də, ölkəmizin günü-gündən artan nüfuzunun bəzi qrupları narahat etdiyini və onların hər vasitə ilə Azərbaycana qarşı qarayaxma kompaniyaları başlatdıqlarını deyən layihə rəhbəri gəncliyin birlik olub öz intellekti, dil bilgisi və dünyagörüşü ilə sözügedən məkrli qruplara qarşı da mübarizə aparmalı olduğunu söyləyib.
Sonda təlimlərdə iştirak edən bütün gənclərə gələcək fəaliyyətlərində uğurlar arzu edilib, onların öz potensiallarından istifadə etməklə daima səylə inkişaf etməli, eyni zamanda öz milli-mənəvi dəyərlərini qorumalı və təbliğ etməli olduqları bildirilib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22937″ id=”22937″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]