[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/08/unnamed-2.jpg” ]
Azərbaycan Respublikasının Prezdenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Məleykə Vəliyeva tərəfindən icra olunan “Düzgün psixologiya sağlam gələcək” adlı layihənin açılışı 2015 ci il may ayının 13- də Bakı şəhəri 246 saylı lisey məktəbdə baş tutub. Tədbiri giriş sözü ilə layihə rəhbəri Məleykə Vəliyeva açıb. M.Vəliyeva layihənin donoru olan Gənclər Fondundan, onun yaranmasından və həyata keçirilən layihənin məqsədindən danışıb.
M.Vəliyeva qeyd edibki, layihədə qarşıya qoyulan əsas vəzifələrtətbiq ediləcək innovativ tədris metodlarından istifadə edərəksözü gedən statusda olan gənclərin təhsilə marağının artırılması, bu gənclərin cəmiyyətimizə sağlam şəkildə adaptasiyasınısürətləndirib, bu prosesə töhfə vermək, layihə istirakçılarının asudə vaxtlarının səmərəli keçirilmələrini təşkil edib, onları zərərli vərdişlərdən yayındırmaq, Azərbaycanımıza, dövlətçiliyimizə layiqli vətəndaşlar kimi formalaşmalarında az da olsa pay sahibi olmaqdır.
Tədbirdə çıxış edən məktəbin direktoru Almaz Bayramova məktəblərində məhz bu mövzuda layihə çərçivəzində tədbirin keçirilməsindən çox məmnun olduğunu qeyd edib. O bildirib ki, bu formatda tədbirlər şagirdlərin formalaşmasına müsbət təsir edir.
Layihənin ikinci günündə iştirakçılarla “Vətən sizin üçün nədir” mövzusu ətrafında diskusiya keçirilmişdir. İnteraktiv oyunlar və qrup çalışmaları vasitəsi ilə layihə iştirakçılarına öz fikirlərini bildirmək imkanı tanımışdır. İlk həftənin son günü film günü təşkil olunmuşdur. film psixoloq tərəfindən seçilmişdir.seçilmiş filmin məqsədi iştirakçılarda motivasiya yaratmaq, qarşıya qoyduqları məqsədlərə nail olmaqları üçün çalışmaları, təhsilə marağın artması gələcək inkişafları üçün öz güvən yaratmaq idi. Düzgün psixologiya ilə böyüməkləri bunun üçün sərbəst fikrə sahib olmaqlarına zəmin yaratmaqdır.
Layihənin növbəti günü “özünə güvən uğurun yarısıdır” təlimi ilə başlamışdır. İlk öncə iştirakçıların bu günədək qazandıqlarını nədə gördüklərində, bu uğurları necə əldə etdiklərindən, güvən aldıqları insanlardan, özlərinin güclü tərəflərindən bəhs etdilər. Daha sonra təlimçi öz nitqində öz güvənin gələcəkdə necə formalaşmalarına təsiri barədə fikirlərini bildirmişdir. Bu mövzu ətrafında təlimçi iştirakçılara slayd təqdim etmişdir.Təqdimatdan müsbət təsirlər alan layihə iştirakçıları təlimci ilə bərabər bu mövzu ətrafında müzakirələr apardılar. Təlimin son günü uşaq hüquqları və vəzifələrinə həsr olunmuşdur. Təlimçi psixoloqlayihə iştirakçılarını uşaq hüquqları haqqında məlumatlandırmış, hüquqlarını harada və necə qorumalı olduqlarını onların diqqətlərinə çardırmışdır. Bu mövzu layihə iştirakçıları arasında böyük marağa səbəb olmuşdur. Müzakirə zamanı iştirakçılar bu barədə daha geniş məlumat almaq istədiklərini bildirmişlərdir. Təlimçi bunun üçün hər bir iştirakçıya bu mövzuya aid xüsusi tapşırıqlar vermiş və iştirakçıların öz aralarında fikir alış verişinə, bu haqda düşünduklərini bir-birilə bölüşməyə şərait yaratmışdır.
Növbəti gün layihə çərçivəsində iştirakçılar ilə birlikdə ilk öncə Ulu Öndər Heydər Əliyevin fəxri xiyabandakı abidəsi ziyarət edilmişdir. Bu ziyarət zamanı iştirakçıların ədəbiyyat və tarixdən tanıdıqları görkəmli şair və tanınmış insanlarin abidələri gəzilmiş, onlar bu insanlar haqqındakı biliklərini layihə rəhbəri ilə bölüşmüşlər. Daha sonra isə Şəhidlər Xiyabanına ziyarət baş tutmuşdur. Onlarla xalq qəhrəmanı barədə, şəhidlər və şəhidlik zirvəsi haqqında müzakirələr təşkil olunmuşdur. Tədbirin sonu 246 saylı məktəbdə baş tutmuşdur. Layihə iştirakçılarının hər biri bu təlimdən öyrəndiklərini təlimçi – psixoloq ilə bölüşmüşlərdir. Psixoloq öz nitqində qeyd etmişdir ki, iştirakçılarda müsbətə doğru bir çox yeni fikirlər yaranmışdır. Tədbirin sonunda layihə rəhbəri M.Vəliyeva təlimin uğurla başa çatdığını bildirmiş, başda Azərbaycan Respublikasi prezidenti yanında Gənclər Fonduna, məktəb rəhbərliyinə və layihə iştirakçılarına öz təşəkkürünü bildirmişdir. O öz sözlərində qeyd etmişdirki, layihə nəzərdə tutulan gözləntinin üzərində, daha da yaxşı nəticə vermiş, layihə iştirakçılarında düzgün psixalogiya formalaşmasına yardım etmiş, iştirakçıların gələcək həyatlarında özlərinə güvən və inamla gələcəyə addımlamalarına öz töhfəsini vermişdir. Daha sonra isə iştirakçılara sertifikatlar təqdim edilmişdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22916″ id=”22916″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]