[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/07/unnamed25.jpg” ]
“ASAN Könüllüləri” Təşkilatı İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Hərəyə bir kitab” adlı layihə həyata keçirib. Layihənin əsas məqsədi gənclərimiz arasında kitab oxumaq vərdişini aşılamaq və kitab mütaliəsinə maraq yaratmaqdır. Bu aksiyaya qoşulmaqla gənclərimiz seçilmiş kitabları mütaliə edəcək və kitabları bitirdikdən sonra oxuduqlarını geniş auditoriyaya təqdim edəcəklər.
İlk olaraq təşkilatın sədri Fərid Sadıxlı çıxış edərək bildirib ki, sağlam düşüncə və mənəviyyat kimi dəyərləri özünə rəhbər tutan “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyinin əsas missiyası ölkə gənclərinin inkişafına şərait yaratmaqla dövlətimizin dayanıqlı inkişafı üçün çalışan, cəmiyyətə faydalı olan gənc vətəndaşlar qazandırmaqdır. Onu da qeyd edib ki, layihənin də keçirilməsində əsas məqsəd gənclərdə kitab mütailəsinə maraq yaratmaqdır.
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev çıxışında, bir müddət əvvəl texnoloji inkişafın xüsusilə də internetin kitab oxucularının sayına mənfi təsir etdiyini bildirib. Daha sonra onu da qeyd edib ki, son zamanlarda kitaba marağın artması onu sevindirdiyini və belə layihələrin keçirilməsini yüksək qiymətləndirdiyini bildirib.
Daha sonra Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli çıxış edib. Nigar Köçərli çıxışı zamanı oxucuların 75 %-ni 18-20 yaşlı gənclərin təşkil etdiyini bildirib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22907″ id=”22907″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]