[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/07/unnamed-313.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Rauf Fərzəliyev tərəfindən icra olunan “Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin artırılmasına dəstək” layihəsi yekunlaşıb.
Lahiyə çərçivəsində Sumqayıt şəhərinin 4 №li tam orta məktəbində 4 və 3 №li Sumqayıt Peşə liseyində 1 tədbir keçirilib. Tədbirlərdə şagirdlər, müəllimlər, valideynlər və ekspert iştirak ediblər.
Tədbirlərdə layihə rəhbəri Rauf Fərzəliyev layihənin məqsədindən, layihənin donoru olan Gənclər Fondu və onun yaranmasından, bu gün respublikada prezident İlham Əliyevin uğurla yürütdüyü gənclər siyasətindən danışıb.
Layihə rəhbəri bildirib ki, Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək Heydər Əliyev Fondu yaradılmışdır. Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Bundan başqa Heydər Əliyev Mərkəzi də fəaliyyət göstərir.
Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın birinci xanımı, millət vəkili, UNESCO və ISESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevadır.
Tədbirlərdə çıxış edən müəllimlər və ekspert Anar Həsənli şagirdlərə Vətənə sevgidən, Vətən yolunda mübarizədən, Azərbaycan ordusunun bu günkü qüdrətindən danışıblar. Onlar yeniyetmə və gənclər arasında vətənpərvərlik mövzusunun təbliğinin əhəmiyyətini və vacibliyini vurğulayıblar, şagirdləri bu mövzulara qarşı daha diqqətli və məsuliyyətli olmağa çağırıblar. Dövlətimizin siyasi və iqtisadi uğurlarından danışılıb, bu gün Azərbaycanın əldə etdiyi böyük uğurların altında cənab prezident İlham Əliyevin imzası olduğunu xüsusi qeyd ediblər.
Ekspert A. Həsənli Ümummilli lider Heydər Əliyevin Azərbaycanın siyasi-iqtisadi inkişafı, dünyada güclü dövlət kimi tanıdılması istiqamətində apardığı siyasətdən, bu yolda əldə etdiyi uğurlu nəticələrdən və bu gün bu siyasi kursun prezident İlham Əliyev tərəfindən layiqlə davam etdirilməsindən danışıb. Ekspert Azərbaycan ordusunun bugünkü inkişafından, orduya ayrılan diqqət və qayğıdan, Azərbaycan ordusunun işğal altında olan torpaqların geri qaytarmağa malik qüdrətli ordu olmasından bəhs edib. Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarından danışan ekspert bu oyunların məhz Azərbaycanda keçirilməsinin respublikamızın böyük uğuru olmasını deyib. Respublikamızın qısa vaxtda “Bakı 2015” üçün bütün hazırlıqları tamamladığını qeyd edən A. Həsənli bunu dövlətimizin inkişafı, qüdrəti və quruculuğu ilə əlaqələndirib.
Tədbir şagirdlər tərəfindən böyük maraqla qarşılanıb ki, bu layihənin davamlılığına ehtiyac olduğunu göstərir.
Tədbirlərin sonunda şagirdlərə layihə çərçivəsində hazırlanan bukletlər paylanılıb və xatirə şəkilləri çəkdirilib.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22871″ id=”22871″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]