[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/07/unnamed-10.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VI qrant müsabiqəsinin C kateqoriyası üzrə qaliblərindən olan “Gənc Marketoloqlar Akademiyası” adlı layihə ugurla yekunlaşdı.
Layihə çərçivəsində 17, 18, 19 iyul 2015-ci il tarixlərində Gəncə şəhərində təlimlər keçirildi.
Layihənin əsas məqsədi: Qərb regionunda marketinq sahəsində gənclərdə maraq oyatmaq, onların bu sahədə bilik və bacarıqlarının artırılmasını təmin etmək, eyni zamanda marketinq sahəsində peşəkar mütəxəssislər hazırlamaqdır. Bu layihənin iştirakçısı olmaqla gənclər: Marketinqə başlanğıc, Marketinq Mix -4P, Marketinq praktikası və praktiki alətlər və metodlar, Marketinq plan yazılması, Sosial mediada marketinq (PR alətləri), Büdcəsiz marketinq, Satış prossesi, Effektiv satış və satış bacarıqları kimi məlumatlar əldə edəcəklər.
25 nəfər gənci bir araya toplayan təlimlər, 3 gün ərzində təcrübəli təlimçilər tərəfindən keçirildi. Təlimlər zamanı müəssisələrin satış tempinin yüksəldilməsi üçün tədbirlərin hazırlanması və komanda işləri təşkil olundu.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”22846″ id=”22846″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]